YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri ön xətdə əsgər yataqxanasının açılışında iştirak edib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti düşmənlə təmas xəttindəki mövqelərdə döyüş növbəsi çəkən əsgərlərlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əməliyyat şəraiti barədə məruzə edildikdən sonra general-polkovnik Z.Həsənov səngərlərdə hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, sosial-məişət şəraiti ilə maraqlanıb.

Sonra müdafiə naziri ön xətdə xidmət edən hərbçilər üçün yeni inşa edilən əsgər yataqxanasının açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.

Qarşıdan gələn bayramlar münasibətilə Ali Baş Komandanın təbrikləri şəxsi heyətə çatdırılıb, xidmətdə fərqlənənlərə dövlətimizin başçısı adından mükafatlar və bayram hədiyyələri təqdim edilib.

Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdıran müdafiə naziri hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

 

DİGƏR Xəbərlər Arxiv