YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Oğuz rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti aksiya keçirilib

YAP Oğuz rayon təşkilatı Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibəti ilə “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti aksiya keçirilib.

YAP Oğuz rayon təşkilatı  “700 min ağac əkək” kampaniyası çərçivəsində rayon ərazisində ağacəkmə kampaniyasına bu ilin noyabr ayından start verib. İlk mərhələdə Oğuz şəhərində və magistral yol kənarlarında mövcud yaşıllıqlarda bərpa işləri aparılıb. 1000 ədədə yaxın cökə, xan cinarı, akasiya, şam ağacı əkilib.

Növbəti ağacəkmə aksiyası şəhərin cənub hissəsində keçirilib. Partiya fəallarının və Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin köməkliyi ilə cökə, xan çinarı və meyvə ağacları əkilib. Aksiyada 750 ədəd ağac əkilib.

“700 min ağac əkək” kampaniyası aprel ayınadək davam edəcək və aksiya çərçivəsində 5000 ağac əkilməsi nəzərdə tutulur.