YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Şabran rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti aksiya keçirib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar YAP Şabran rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirib.

Aksiyada YAP Şabran rayon təşkilatının Şura üzvləri, Qadınlar Şurasının və Gənclər Birliyinin fəalları iştirak ediblər.

Ağacəkmə aksiyasında 1500 ağac əkilib.

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatı gələn ilin may ayına qədər ağacəkmə kampaniyasını davam etdirəcək. Kampaniya ərzində 6000 ədəd ağacın əkilməsi nəzərdə tutulur.