YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Ağcabədidə “700 min ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası davam edir

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-illik yubileyi münasibətilə “700 min  ağac əkək” kampaniyası çərçivəsində Ağcabədi rayonunda ağacəkmə aksiyası uğurla davam edir.

Keçirilən növbəti ağacəkmə kampaniyası Ağcabədi-Zərdab magistral yolunun kənarında, Ağcabədi Meşə Mühavizəsi və Bərpası müəssəsinin ərazisində keçirilib. Aksiyada  Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov, Milli Məclisin deputatı Tahir Rzayev, YAP fəalları, müəssisə və təşkilat rəhbərləri, 300 nəfərdən artıq nümayəndəsi iştirak ediblər. İməclik zamanı 200 həmişəyaşıl, 220 tut tinqi əkilib və suvarılıb.

Həmin gün Ağcabədi rayon Meşə Mühavizəsi və Bərpası Müəssisəsinə məxsus ərazisində isə 2000 heyva, nar, alça, badam, xurma və ərik ağacları əkilib.

Bütövlükdə “700 min  ağac əkək” kampaniyası çərçivəsində YAP Ağcabədi rayon təşkilatı fəallarının iştirakı ilə 9620 ağac əkilib. Aksiya  2018-ci ilin may ayına qədər davam edəcək.

DİGƏR Partiya xəbərləri Arxiv