YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Özbəkistan Prezidenti: Özbək və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində Heydər Əliyevin töhfəsi hər zaman minnətdarlıq hissi ilə qeyd olunur

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, ad günü münasibətilə təbrik göndərib.

Təbrikdə deyilir: “Zati-aliləri mübarək doğum gününüz münasibətilə Sizi bütün özbək xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan sonsuz məmnunluq hissi duyuram.

Özbəkistanda Sizin möhtərəm atanız – görkəmli dövlət xadimi, müstəqil və suveren Azərbaycan Respublikasının banisi və qurucusu Heydər Əliyev böyük hörmətlə xatırlanır. Özbək və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində bu Ulu İnsanın töhfəsi hər zaman minnətdarlıq hissi ilə qeyd olunur.

Biz Sizi haqlı olaraq atanızın başladığı böyük işlərin layiqli davamçısı, ölkənizdə və beynəlxalq aləmdə böyük nüfuza malik təcrübəli siyasi xadim, Özbəkistanın ən yaxın dostu hesab edirik.

Azərbaycan Respublikasının daxili və xarici siyasətində əldə edilən bütün nailiyyətlərin Sizin adınızla və uzaqgörən müdrik siyasətinizlə bağlı olduğunu və həqiqətən dünya miqyasında tanındığını xüsusi vurğulamaq istəyirəm.

Əzəldən dili və dini, dəyərləri və ənənələri, mədəniyyəti ümumi olan Özbəkistan ilə Azərbaycanı səmimi qonşuluq, dostluq, qarşılıqlı hörmət, etibar, səmimilik və bir-birini dəstəkləmə prinsipinə əsaslanan qardaşlıq əlaqələri və birgə həyata keçirilən səylər birləşdirir.

Son zamanlar dövlətlərimiz arasındakı münasibətlərin praktik cəhətdən yeni məzmuna malik olub daha da inkişaf etməsi bizi sevindirir.

Xüsusilə, cari ildə Sizinlə dəfələrlə keçirilən səmimi görüşlərimiz Özbəkistan-Azərbaycan münasibətlərinin genişlənməsi üçün səmərəli zəmin yaratmışdır.

Qarşılıqlı əməkdaşlıq sahəsində olduqca böyük imkanların mövcudluğunu etiraf edərək, gələcəkdə bütün istiqamətlərdə əlaqələrimizin genişləndirilməsi dost ölkələrimizin mənafelərinə tam uyğundur.

Əminəm ki, gələcək yüksək səviyyəli görüşlərimiz dostluq münasibətlərimizi daha da intensivləşdirəcək, yüksək keyfiyyət səviyyəsinə çatdırılmasına, qarşılıqlı əməkdaşlıq üçün yeni üfüqlərin açılmasına xidmət edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə, ailə üzvlərinizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh və davamlı tərəqqi arzulayıram.”

DİGƏR Xəbərlər Arxiv