YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mark Şnayer: Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqa böyük töhfələr verir

Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqa böyük töhfələr verir.

Bu fikri “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda iştirak edən ABŞ Etnik Anlaşma Fondunun sədri ravvin Mark Şnayer deyib.

Prezident İlham Əliyevin İslam həmrəyliyinə böyük dəstək verdiyini, onun 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsinin mühüm önəm kəsb etdiyini söyləyən Mark Şnayer vurğulayıb ki, Bakıda keçirilən konfrans müxtəlif xalqların və dinlərin bir-birinə daha da yaxınlaşması və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Ravvin Mark Şnayer bildirib ki, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafında Azərbaycanın rolu danılmazdır. Azərbaycanın gördüyü bu işlər digər ölkələr üçün nümunədir. Prezident İlham Əliyev İslam ölkələri və digər ölkələr arasında dialoq və anlaşmanın qurulması istiqamətində mühüm rol oyanır. Dövlət başçısı ilə görüşümüzdə bu istiqamətdə işlərin davam etdirilməsi məsələlərini də müzakirə etdik.

 

DİGƏR Xəbərlər Arxiv