YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Çili Respublikasının yeni seçilmiş Prezidenti Sebastian Pinyeraya təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çili Respublikasının yeni seçilmiş Prezidenti Sebastian Pinyeraya təbrik ünvanladı.

Təbrikdə deyilir: “Çili Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz qarşıdakı dövrdə Azərbaycan ilə Çili arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çili xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.”