YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mamuka Baxtadze: Azərbaycan Gürcüstan üçün əsas investor olaraq qalır

Azərbaycan Gürcüstanın strateji tərəfdaşdır və bizim ölkə üçün əsas investor olaraq qalır.

Bu barədə Azərbaycanda səfərdə olan Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze deyib.

Azərbaycanda uğurlu islahatların aparıldığını deyən nazir qeyd edib ki, səfərinin məqsədi təcrübə mübadiləsidir.

Nazir deyib: "Azərbaycanla Gürcüstanın ticarət-iqtisadi münasibətlərinin çox yaxşı perspektivi var. Bu il ölkələrimiz arasında ticarət dövriyyəsində artım olub. Düşünürük ki, Bakı-Tbilisi-Qars dəmir yolu və Cənub Qaz Dəhlizi layihələrinin hesabına gələcəkdə ticarət dövriyyəmizi 2-3 dəfə artıra bilərik. Təbii ki, nəqliyyat və enerji layihələri ilə yanaşı, başqa sahələri də inkişaf etdirməliyik".

Bakı-Tbilisi-Qars dəmir yolunun əhəməyyətindən danışan Mamuka Baxtadze xatırladıb ki, yol tam istismara verildikdən sonra ilkin mərhələdə 5 milyon ton yük daşınacaq, növbəti illərdə bu göstərici 10 milyon tona çatdırılacaq. “Bu, Azərbaycan və Gürcüstan üçün çox vacib layihədir. Bu dəhlizə tələbat gözlənildiyindən çoxdur. Dəmir yolu xətti ilə il ərzində minimum 300 min konteynerin daşınacağını nəzərdə tuturuq", - deyə nazir bildirib.