YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamil Günəş: İslam dünyasında həmrəyliyin təbliğində Azərbaycanın rolu təqdirəlayiqdir

Dünyada sülhün və əmin-amanlığın təmin olunmasında Azərbaycanın verdiyi töhfələr təqdirəlayiqdir. İslam sülh, əmin-amanlıq, qardaşlıq, humanist və insanpərvər dindir. İslam mədəniyyəti insanları mənəvi zənginliyə, saflığa dəvət edir.

Bu sözləri Bakıda keçirilən “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın iştirakçısı Türkiyənin ölkəmizdəki səfirliyinin dini hizmətlər müşaviri, professor Kamil Günəş deyib.

“İslamın təlqin etdiyi birlik, ədalət, əxlaqi təkamül ideyaları həm müsəlman ümməti, həm də qeyri-müsəlmanlar üçün mühüm dəyər kəsb edir. Konfransda 40-dan çox ölkənin nümayəndəsinin iştirakı ilə dinlər və mədəniyyətlərarası münasibətlərin müzakirə edilməsi olduqca önəmli məsələdir. İslam dünyasında həmrəyliyin təbliğində Azərbaycanın rolu təqdirəlayiqdir”, deyə türkiyəli professor vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv