YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misir müftisi: Bu konfrans Azərbaycanın İslam mədəniyyətinə verdiyi töhfənin nəticəsidir

Konfransda iştirak etmək üçün dəvətə görə Azərbaycan xalqına və hökumətinə, xüsusilə Prezident İlham Əliyevə təşəkkür edirəm. Konfrans bir daha göstərdi ki, biz müsəlman dövlətləri, müsəlmanlar arasında deyil, eləcə də dünyanın bütün dövlətləri, xalqları arasında əməkdaşlığın tərəfdarıyıq.

Bu sözləri Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın iştirakçısı, Misir müftisi Şövqi Allam deyib.

“İslam dini quruculuq və əməkdaşlıq dinidir. Bu konfrans Azərbaycan Prezidentinin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində reallaşıb. Belə bir möhtəşəm tədbirin Bakıda təşkil edilməsi Azərbaycanın İslam mədəniyyətinə verdiyi töhfənin nəticəsidir. İslamın mahiyyətində həmrəylik var. İslam insanları əməkdaşlığa çağırır. Azərbaycanda ilk dəfədir oluram. Bu səfərə görə çox sevinirəm. Səfərim zamanı çox qısa zamanda Azərbaycanda əldə edilmiş böyük inkişafın şahidi oldum. Şahid olduğumuz bütün bu inkişaf, bu abadlıq işləri müdrik siyasətin nəticəsində əldə olunub”, - deyə Misir müftisi bildirib.

 

DİGƏR Xəbərlər Arxiv