YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Abşeron rayonunda “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti 1000 ədəd ağac əkilib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi ilə münasibətilə “700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Abşeron rayon təşkilatı Hökməli qəsəbəsi ətrafında növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiyada YAP Abşeron rayon təşkilatının Şura üzvləri, Qadınlar Şurasının və Gənclər Birliyinin fəalları iştirak ediblər.

Aksiyada ümumilikdə 1000 ədəd ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.