YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Azərbaycan nümunəvi inkişaf modelinə malik olan bir ölkə kimi dünyada fərqlənir

«Azərbaycan nümunəvi inkişaf modelinə malik olan bir ölkə kimi dünyada fərqlənir». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, son illər davamlı inkişaf sayəsində Azərbaycan regionun lider dövləti səviyyəsinə yüksəlib. Bunun nəticəsidir ki, bölgədə Azərbaycanın təşəbbüsü və fəal iştirakı olmadan hər hansı beynəlxalq layihəni reallaşdırmaq mümkün deyil.

«Ölkəmiz, eyni zamanda, müntəzəm olaraq qlobal miqyasda yeni-yeni əməkdaşlıq platformaları ilə çıxış edir ki, bunun da sayəsində respublikamızın beynəlxalq nüfuzu və təsir imkanları əhəmiyyətli dərəcədə artıb. Bu gün müstəqil Azərbaycanın nüfuzlu regional və qlobal faktora çevrilməsinin isə obyektiv əsasları var.

Azərbaycan təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və son 14 ildə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət sayəsində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb. İqtisadi müstəqillik Azərbaycanın çox mühüm perspektivlərə malik ölkə kimi dinamik inkişafını təmin edir»-deyə, T.Rzayev qeyd edib.