YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dorit Sallis: Bakı “Ekspo-2025“ üçün namizədlik yarışında güclü mövqeyə sahib olacaq

Azərbaycanın inkişafı, Bakıdakı infrastruktur, ölkənin füsunkar təbiəti və tarixi, insanların qonaqpərvərliyi sayəsində Bakı “Ekspo-2025“ üçün namizədlik yarışında güclü mövqeyə sahib olacaq.

Bu sözləri İsveçrə-MDB birgə Ticarət Palatasının icraçı direktoru Dorit Sallis 2025-ci ildə “Ekspo” Ümumdünya Sərgisinə ev sahibliyi etməyə Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə əlaqədar Bern şəhərində keçirilən təqdimat mərasimində deyib.

Azərbaycana ilk dəfə 2003-cü ildə səfər etdiyini xatırladan D.Sallis indiyədək dəfələrlə ölkəmizdə olduğunu və qəlbən özünü Azərbaycana çox yaxın hiss etdiyini bildirib. Ticarət Palatasının rəhbəri qeyd edib ki, Azərbaycan və İsveçrə arasında ikitərəfli iqtisadi münasibətlərin inkişafı onun işinin tərkib hissəsi olduğuna görə, ötən dövrdə ölkəmizlə yaxından tanış olmaq imkanı qazanıb: “Azərbaycan böyük resurslara malik gözəl ölkədir. Bu resurslar təkcə neft və qaz kimi təbii sərvətlərlə məhdudlaşmır. Mən Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və yerli məhsulların dünya bazarına çıxarılmasında böyük potensial görürəm. Ölkə müasir innovasiyalar və informasiya texnologiyalarının inkişafına ciddi maraq göstərir. Hesab edirəm ki, yaxşı təhsil görmüş peşəkar insanlar sayəsində Azərbaycan bu sahələrdə də güclü ölkəyə çevriləcək”.