YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Cəmiyyətimizin həyatında qadınların rolu artmaqdadır

«Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu sahədə böyük nailiyyətlər qazanılıb». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, ölkəmizdə qadınlara göstərilən diqqət və qayğı yüksək nəticələr verir. Onun sözlərinə görə, cəmiyyətimizin həyatında qadınların rolu artmaqdadır.

«Bu gün qadınlar cəmiyyətin müxtəlif sferalarında uğurla fəaliyyət göstərirlər. Qadınlar ölkədə hər bir sahədə təmsil olunurlar və öz fəaliyyətləri ilə fərqlənirlər. Bu işdə hakim Yeni Azərbaycan Partiyası qadınlara çox böyük dəstək olur. Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının sıralarında qadınlar təxminən 50 faiz təşkil edir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda cəmiyyəti idarə edən səlahiyyətli şəxslər arasında qadınların sayı ildən-ilə artır. Azərbaycan qadınları hər zaman dünyada sülhün və sabitliyin tərəfdarı kimi çıxış edirlər»-deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.