YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Beynəlxalq birlik münaqişənin həllinə yanaşmada nəzərəçarpacaq aktivlik nümayiş etdirmir

«Təəssüf ki, beynəlxalq birlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmada nəzərəçarpacaq aktivlik nümayiş etdirmir». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, dünya dövlətləri və nüfuzlu təşkilatlar bu məsələyə beynəlxalq hüquq normaları çərçivəsində deyil, ikili standartlarla yanaşırlar.

«Halbuki, bir sıra regionlarda baş verən separatizm qınaq obyektinə çevrilsə də, Ermənistanın təcavüzkar siyasətinə ciddi reaksiya verilmir. Bu isə Azərbaycana qarşı tətbiq edilən ikili standartların əyani nümunəsidir. Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad olunmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu sənədləri icra etmir, onlara etinasız yanaşır. Beynəlxalq birlik də işğalçı dövlətin bu hərəkətinə qarşı ciddi addımlar atmır. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri isə öz bəyanatlarında, sadəcə tərəfləri qarşılıqlı kompromisə gəlməyə, etimad mühiti yaratmağa çağırırlar. Ermənistanın sülhə gəlməsi üçün işğalçı dövlətə təzyiq göstərilməlidir. Belə olan halda münaqişənin həllində irəliləyişlər əldə etmək mümkündür»-deyə, deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv