YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

“700 min ağac əkək” kampaniyası Siyəzən rayonunda uğurla davam edir

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar  möhtəşəm tədbir olan “700 min ağac əkək” kampaniyası Siyəzən rayonunda davam etdirilir.

Dekabrın 18-də YAP Siyəzən rayon təşkilatının fəalları və rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinin işçiləri meşə zolağında  1530 ədəd badam ağacı əkiblər. Onlar ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.

Qeyd edək ki, “700 min ağac əkək” kampaniyası gələn ilin may ayına qədər davam edəcək  və rayon ərazisində  3500 ağac və bəzək bitkisi əkiləcək. 

Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatı ağacəkmə kampaniyası dövründə tədbirlər planına müvafiq olaraq, mərhələli şəkildə  partiya üzvlərinin sayına uyğun   ağac əkməyi planlaşdırır.

Bu möhtəşəm kampaniya Siyəzəndə yaşıllığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına böyük töhfə verəcək.