YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qax rayon təşkilatı ağacəkmə kampaniyası keçirib

Yeni Azərbaycanın Partiyasının yaradılmasının 25-ci ildönümü ilə əlaqədar YAP Qax rayon təşkilatının və rayon Meşə Mühafizəsi və Bərpası idarəsinin birgə təşkilatçılığı ilə “700 min ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada YAP Qax rayon təşkilatının fəalları, ictimaiyyət nümayəndələri, eləcə də Gənclər Birliyinin üzvləri iştirak ediblər.

Qax rayonunun Kiçik Alatəmir kəndi ərazisində aksiya iştirakçıları tərəfindən 2000 ədəd fındıq tingi əkilib və əkilən ağaclar suvarılıb. Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatı gələn ilin may ayına qədər ağacəkmə kampaniyasını davam etdirəcək. Kampaniya ərzində təşkilat üzvlərinin sayına uyğun olaraq 4500 ədəd ağacın  əkilməsi nəzərdə tutulur. 

DİGƏR Partiya xəbərləri Arxiv