YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Sənaye Nazirliyinin bir qrup əməkdaşı medallar və fəxri adlarla təltif olunublar

Dekabrın 14-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında müdafiə sənayesinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə müdafiə sənayesi işçilərinin orden və medallarla təltif olunması barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, 12 nəfər “Tərəqqi”, 7 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilib.

Dövlətimizin başçısının digər Sərəncamı ilə isə Azərbaycan Respublikası müdafiə sənayesinin yaradılmasında və inkişafında xidmətlərinə görə dörd nəfərə “Əməkdar Mühəndis” fəxri adı verilib.

 

DİGƏR Xəbərlər Arxiv