YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vyanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Dekabrın 14-də Avstriyanın paytaxtı Vyana şəhərində 31- dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Avstriyada yaşayan soydaşlarımız, diaspor təşkilatlarının fəalları və yerli ictimaiyyətin nümayəndələri, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və bir sıra beynəlxalq təşkilatlarda çalışan həmyerlilərimiz iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Qalib İsrafilov qonaqlara bu bayramın yaranma tarixi barədə məlumat verib. Diplomat qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin və xalqının ən ağır və kəşməkəşli dövründə soydaşlarımızın ümumi bir məfkurə ətrafında birləşdirilməsinin vacibliyini nəzərə alaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması barədə tarixi qərar verib. Bu bayram Azərbaycanda və xaricdə yaşayan soydaşlarımız arasında mənəvi tellərin möhkəmləndirilməsi, xaricdəki azərbaycanlıların icma kimi fəaliyyəti və diaspor kimi təşkilatlanması, azərbaycançılıq məfkurəsinin yaşadılması və nəsildən nəslə ötürülməsi üçün xüsusi əhəmiyyət daşıyır.

Səfir bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin vəfatından artıq 14 il keçir. Ulu Öndərin əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Bu gün ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Q. İsrafilov qeyd edib ki, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizin müsbət imicinin güclənməsində xaricdə yaşayan soydaşlarımız daha təşəbbüskar olmalı, yerli cəmiyyətə daha fəal inteqrasiya edərək yaşadıqları ölkənin ictimai-siyasi həyatında söz sahibinə çevrilməli və onların müxtəlif diaspor təşkilatları ətrafında birləşərək fəaliyyətlərini genişləndirməlidirlər. O, bu missiyanın uğurla həyata keçirilməsində diaspor fəallarına uğurlar arzulayıb.

Sonra tədbir iştirakçılarına bayram ziyafəti verilib.

 

DİGƏR Xəbərlər Arxiv