YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Pirallahı rayonunda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib

Dekabrın 12-də YAP Pirallahı rayon təşkilatı və Pirallahı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib.

Əvvəlcə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli lider Heydər Əliyevə həsr olunmuş film nümayiş olunub.

Mərasimdə çıxış edən Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev bütün həyatını Vətənimizin inkişafına həsr edib. Vasif İmanov  bildirib ki, bu gün Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasəti uğurla davam edir. Bu gün respubulikamızın bütün bölgələrinin simasının əhəmiyyətli dərəcədə dəyişdiyini deyən V.İmanov dövlət başçısının diqqət və qayğısı nəticəsində Pirallahı rayonunda da böyük quruculuq işlərinin həyata keçirildiyini qeyd edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında  misilsiz xidmətlərindən bəhs edib və bildirib ki, Ulu öndərimiz Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır və Ümummilli liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan Onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir.

Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov,  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev, Milli Məclisin deputatlarından Elman Nəsirov, Aydın Mirzəzadə, MM-in deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Daha sonra məktəblilərin ifasında Ulu öndər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub. Tədbirdə həmçinin, Ümummilli liderimizin ruhuna dualar oxunub,  ehsan verilib.