YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Abşeron rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində yaşıllaşdırma işləri aparıb

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar YAP Abşeron rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində Abşeronda növbəti ağacəkmə aksiyası keçirib.

Aksiyada YAP Abşeron rayon təşkilatının Şura üzvləri, Qadınlar Şurasının və Gənclər Birliyinin fəalları iştirak ediblər. Rayon ərazisində park və bağlarda, xiyabanlarda yeni ağaclar və gül kolları əkilir, ərazidə təmizlik işləri aparılır, ağaclara aqrotexniki qulluq göstərilir.
Qeyd edək ki, aksiya zamanı ümumilikdə 1000 ədəd ağac əkilib və onlara qulluq göstərilib.