YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə 10-cu yüksək səviyyəli hərbi dialoq iclasının protokolu imzalanıb

Bakıda keçirilən Azərbaycan-Türkiyə 10-cu yüksək səviyyəli hərbi dialoq iclası işini başa çatdırıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi dialoq çərçivəsində işçi qrupları Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əlaqələrin geniş spektrini nəzərdən keçirib, qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müəyyənləşdiriblər.

Sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoq iclasının yekunlarına dair protokol imzalanıb.

 

DİGƏR Xəbərlər Arxiv