YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji Yol Xəritəsi üzrə tədbirlərin icrası müzakirə edilib

İqtisadiyyat Nazirliyində Strateji Yol Xəritəsi üzrə tədbirlərin icrası müzakirə edilib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, qurumun əlaqələndiricisi olduğu "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"nin icra vəziyyətinin müzakirəsi ilə bağlı növbəti iclas keçirilib. İclasda İqtisadiyyat Nazirliyinin əsas icraçı olduğu tədbirlər üzrə məsul icraçı və əlaqələndirici struktur bölmələrin nümayəndələrinin iştirakı ilə qeyd olunan Strateji Yol Xəritəsi üzrə tədbirlərin icra vəziyyəti müzakirə edilib. Əvvəlki iclaslarda tədbirlərlə bağlı verilmiş tapşırıq və tövsiyələrin icrası barədə hesabat məruzələri dinlənilib.

İclasda görüləcək işlərə və gözlənilən nəticələrə dair fikir mübadiləsi aparılıb, tədbirlərin tam və vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq tövsiyələr verilib.

 

DİGƏR Xəbərlər Arxiv