YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Yevlax rayon və YAP Mingəşevir şəhər təşkilatlarının üzvləri birgə ağacəkmə kampaniyasında iştirak ediblər

Yevlaxda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibəti ilə YAP-ın  Yevlax rayon və Mingəçevir şəhər təşkilatlarının üzvləri  “700 min ağac əkək”” kampaniyası çərçivəsində aksiya keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihəsi olan ağacəkmə kampaniyası Yevlax rayonu ərazisində yerləşən meşə zolağında həyata keçirilib.

Kampaniyada YAP Yevlax rayon və YAP Mingəçevir şəhər təşkilatlarının İdarə Heyəti, Qadınlar Şurası, Gənclər Birliyinin üzvləri, partiya fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər.

Bayram əhval-ruhiyyəsi ilə başlayan aksiyanın ilk günündə YAP fəallarının iştirakı ilə 3000-dən çox nar ağacı əkilərək nar bağı salınıb. Əkilən ağaclara qulluq edilib. “700 min ağac əkək” kampaniyası Aran regionunda yaşıllığın genişləndirilməsinə və ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına töhfə verəcək. “700 min ağac əkək” kampaniyası çərçivəsində ərazidə daha 8000 mindən artıq ağac əkiləcək.