YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Davamlı inkişafın təmin olunmasında iqtisadiyyata investisiya qoyuluşunun əhəmiyyəti böyükdür

«Ölkəmizin davamlı inkişafının təmin olunmasında iqtisadiyyata investisiya qoyuluşunun əhəmiyyəti böyükdür». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, 2018-ci ilin dövlət büdcəsində investisiya məsələləri diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, növbəti ildə dövlət büdcəsi xərclərinin 8 milyard 512,8 milyon manatı və ya 40,7 faizi konkret proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur.

«Bu da 2017-ci illə müqayisədə 3 milyard 264,1 milyon manat və ya 62,2 faiz çoxdur. Məlumdur ki, tikinti sektorunun inkişaf səviyyəsi hər bir dövlətin iqtisadi rifahının ən mühüm göstəricilərindən biridir. Bir çox inkişaf etmiş ölkələrdə iqtisadi fəallığın qiymətləndirilməsi məqsədilə tikinti sektorunun inkişaf indikatorundan istifadə edilir. Tətbiq olunan bu indikator bir makroiqtisadi göstərici kimi ölkənin milli iqtisadiyyatının real vəziyyətini əks etdirir. Təbiidir ki, inşaat sektorunun canlandırılması özü-özlüyündə yeni iş yerlərinin yaradılması, büdcəyə əlavə vəsaitlərin daxil olması, abadlaşdırma işlərinin genişləndirilməsi və insanların rifah halının yüksəldilməsi deməkdir. Bu baxımdan büdcə layihəsində 4,9 milyard manatı bilavasitə tikinti sektoruna yönəldilməklə əsaslı xərclərə ümumi xərclərin 37,7 faizi həcmində və ya 7 milyard 837,4 milyon manat, başqa sözlə, əvvəlki ilə nisbətən 46 faiz və ya 2 milyard 481,1 milyon manat çox vəsaitin ayrılması önəmli məqamdır»- deyə, deputat qeyd edib.