YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlin əvvəlindən Bakının əhalisi 12,6 min nəfər artıb

Bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 12,6 min nəfər və ya 0,5 faiz artaraq oktyabrın 1-nə 2258,4 min nəfərə çatıb.

Bakı Şəhər Statistika İdarəsindən bildiriblər ki, əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir. Bir kvadratkilometrə düşən əhalinin sıxlığı 1055 nəfər olub. Yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərində 22840 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər min nəfərinə hesabı ilə 13,6 təşkil edib. Doğulanların 268-i əkiz, 4-ü isə üçəmdir. Doğulan körpələrin 52,6 faizi oğlan, 47,4 faizi isə qız uşaqlarından ibarət olub.

Cari ilin yanvar-sentyabr aylarında Bakı şəhərində 9746 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi ötən illə müqayisədə dəyişməmiş 5,8 olaraq eyni qalıb.

Doqquz ayda qeydiyyat şöbələri tərəfindən 11968 nikah və 3698 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,1 boşanmaların sayı isə 2,2 olub.