YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

“700 min ağac əkək" kampaniyası çərçivəsində YAP Lənkəran şəhər təşkilatının fəalları tərəfindən 1000-ə yaxın şam və küknar ağacları əkilib

Yaşıllıqlar diyarı olan Lənkəranda vaxtaşırı keçirilən ağacəkmə aksiyaları zamanı şəhərin park və bağlarında, xiyabanlarda yeni ağaclar və gül kolları əkilir, ərazidə təmizlik işləri aparılır, ağaclara aqrotexniki qulluq göstərilir.

Lənkəran şəhərinin Heydər Əliyev prospektində Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının təşəbbüsü ilə keçirilən növbəti aksiyada partiya fəalları tərəfindən 1000-ə yaxın şam və küknar ağacları əkilib.

Həmin gün rayonun yaşayış məntəqələrində də ağacəkmə aksiyaları keçirilib.

 

DİGƏR Partiya xəbərləri Arxiv