YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir İnqrid Tersman: Azərbaycan Avropada güclü tərəfdaşa çevrilir

Azərbaycan ilə İsveç arasında yaxşı əlaqələr mövcuddur. Nazirlər səviyyəsində müntəzəm mübadiləmiz həyata keçirilir. Hər il biznes nümayəndələrimizin görüşləri olur. Bizim əlaqələrimizi daha da gücləndirmək üçün imkanlarımız var.

Bu sözləri İsveçin Azərbaycandakı səfiri xanım İnqrid Tersman deyib.

Ölkələrimiz arasında iqtisadi əlaqələrdən söhbət açan diplomat bildirib: “Azərbaycan bazarı İsveç şirkətləri üçün maraqlıdır. İKT sahəsində İsveçin yaxşı təcrübəsi var. Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətini həyata keçirir. Ölkəniz Avropa ilə Mərkəzi Asiya, Qafqaz, Türkiyə arasında, ümumiyyətlə, regionda körpü rolunu oynayır. Nəqliyyat sahəsində fəaliyyət göstərən İsveç şirkətləri daha geniş alternativ marşrutlardan istifadədə maraqlıdırlar. Bizim enerji sahəsində hər hansı problemin həllində təcrübəsi olan şirkətlərimiz var. Azərbaycan və İsveç şirkətləri, qanunverici orqanlarımız bu əlaqələri daha da irəliyə aparır”.

İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Qoranssonun rəhbərliyi ilə nümayəndə heyətinin Bakıya səfər etdiyini xatırladan İnqrid Tersman ölkəmizin dinlərarası dialoq və multikulturalizm sahələrində böyük təcrübəsinin olduğunu diqqətə çatdırıb.

Bakı-Tbilisi-Qars dəmir yolu barədə danışan səfir bu layihənin böyük uğur olduğunu bildirib: “Bu layihə Azərbaycan ilə Avropa arasında əlaqələri möhkəmləndirəcək. “Cənub Qaz Dəhlizi”, TAP layihələri Avropa İttifaqı tərəfindən tam dəstəklənir. Bu, Azərbaycan ilə enerji sahəsində güclü əməkdaşlıq deməkdir. Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır. Bu, əlaqələndirmənin başqa yoludur. Azərbaycan regionda, eləcə də Avropada güclü ölkəyə, tərəfdaşa çevrilir.