YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Türkiyə-Azərbaycan dostluğunun dərin kökləri var

Noyabrın 30-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüşdə Oqtay Əsədov Azərbaycan-Türkiyə dostluq münasibətlərindən danışıb. Milli Məclisin sədri dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu qeyd edib. Bildirib ki, parlamentlərarası əlaqələrimiz bundan sonra daha da möhkəmlənəcək və inkişaf edəcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu bildirib. Qeyd edib ki, ikitərəfli münasibətlərimizin genişləndirilməsi istiqamətində görülən işlər çox önəmlidir. Türkiyə-Azərbaycan dostluğunun dərin kökləri olduğunu bildirən nazir dost ölkələrimiz arasında əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.