YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

“700 min ağac əkək” aksiya çərçivəsində YAP Qusar rayon təşkilatı ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə Qusarda keçirilən aksiya çərçivəsində 1500 ağac əkilib.

“700 min ağac əkək” aksiyasını YAP Qusar rayon təşkilatı rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə birgə təşkil edib. Partiya fəallarının qoşulduğu kampaniya zamanı aqrotexniki qaydalara uyğun qoz tingləri əkilib.

Dünyada ekoloji tarazlığın pozulduğu müasir dövrdə yaşıllaşdırmanın böyük əhəmiyyətini nəzərə alaraq ağacəkmə mövsümündə, ümumilikdə, 5 min 800 tingin əkilməsi nəzərdə tutulub. Aksiya mütəmadi olaraq rayon mərkəzində və bütün yaşayış məntəqələrində meyvə və dekorativ ağacların əkilməsi ilə növbəti ilin yaz aylarına qədər davam etdiriləcək.