YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BP nümayəndəsi: “Cənub Qaz Dəhlizi” ölkələr arasında əməkdaşlığın gözəl nümunəsidir

“Cənub Qaz Dəhlizi” layihəsi bir çox ölkənin əməkdaşlığı üçün gözəl nümunədir.

Bu fikri BP-nin biznesin inkişafı direktoru Andres Quevara Aşqabadda keçirilən Enerji Xartiyası Konfransının “Gələcəyin dayanıqlı energetika təminatı və nəqletmə marşrutlarının şaxələndirilməsi məqsədilə sərmayələrin səfərbər edilməsi” mövzusuna həsr olunmuş 28-ci sessiyasında səsləndirib.

O, şirkətin dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda reallaşdırdığı layihələrin texnologiyasından, hökumətlər ilə biznesin əməkdaşlığından danışıb. A.Quevara deyib: “6 ölkədən olan 11 tərəfdaş 40 milyard ABŞ dolları dəyərində 3,5 min kilometr uzunluqda qaz kəməri tikir. “Cənub Qaz Dəhlizi” yeni marşrut olacaq, qaz Avropa bazarlarına yeni mənbədən nəql ediləcək”.

Xatırladaq ki, Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir.