YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Dini sahədə maarifləndirmə işləri ümumi işimizə müsbət təsir göstərir

«Birlik və vəhdət dövlətlərin varlığını qoruyub saxlayan əsas amillərdən biridir». Bu fikri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxhəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, bu dəyərlərdən məhrum ölkələrdə əmin-amanlıq olmadığı kimi, onların gələcəyi də sual altındadır. Buna görə də təfriqəyə yol açan və milli-dini birliyə yönəlmiş mənfi fikir və ideyaların yayılmasının qarşısı alınmalıdır.

«Din xadimlərimiz milli mənəvi dəyərlərimizin təbliğində mühüm rola malikdir. Bu gün Azərbaycanda əvvəlki illərdən fərqli olaraq savadlı, müasir ruhlu, müasir düşüncəli, eyni zamanda, İslamı bir elm kimi dərindən mənimsəyən və bu istiqamətdə də təbliğ edən milli kadrlarımız formalaşıb. Bu məsələdə maarifləndirmə işləri də əhəmiyyətli dərəcədə artıb. Təbii ki, maarifləndirmə işləri bu yöndə ümumi işimizə müsbət təsir göstərir»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv