YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ən yaxşı tabor komandirləri adı uğrunda yarışlar keçirilib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2017-ci ilin döyüş hazırlığı planına əsasən, poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə müsabiqələr keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yarışlar çərçivəsində nazirliyin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən Qaraheybət Təlim Mərkəzində “Ən yaxşı motoatıcı tabor komandiri” adı uğrunda müsabiqə təşkil olunub.

Hazırlıq məşqləri zamanı komandirlərin taktiki, atəş, fiziki hazırlığı və döyüş maşınlarının idarə edilməsi üzrə nəzəri bilikləri, eləcə də praktiki vərdişləri yoxlanılıb. Eyni zamanda, zabitlərin döyüş zamanı tabeliklərində olan bölmələri idarəetmə bacarıqları da qiymətləndirilib.

Bütün iştirakçılar yoxlanılan suallar üzrə yüksək bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıblar.

Yarışların nəticələri obyektiv qiymətləndirilib. Qaliblər mükafatlandırılmaları üçün yuxarı komandanlığa təqdim ediləcəklər.

DİGƏR Xəbərlər Arxiv