YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Məşğulluq xidmətinin fəaliyyəti köklü dəyişdiril və burada yeni faydalı istiqamətlər müəyyənləşdirilib

«Prezident İlham Əliyevin sosial müdafiə sistemində məşğulluğun önə çəkilməsi prinsipi bir neçə ay bundan öncə Milli Məclisə daxil olmuş “İşsizlikdən sığorta haqqında” Qanunda özünün bariz əksini tapmışdır. Bu qanun qüvvəyə minəndən sonra və ondan xeyli əvvəl yeni iş yerlərinin yaradılması, işsizliyin qarşısının alınması və bütövlükdə ölkə üzrəməşğulluq sisteminin köklü təkmilləşdirilməsi məsələsi gündəmə gəlmişdir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, son iki ildə orta və kiçik sahibkarılığın inkişafi ilə bağlı aparılan davamlı siyasət ölkəmizdə 100 minlərlə yeni iş yerlərinin yaradılmasına xidmət etmiş, kənd təsərrüfatı, emal, turizm və istirahət biznesində sahibkarlıq fəaliyyəti geniş vüsət almışdır. Bu ilin aprel ayında ölkə başçısının sərəncamı ilə ilk dəfə respublikamızda özünüməşğulluq sistemi formalaşmış və bu məqsədə 16 milyon manat vəsait ayrılmışdır.

«Özünüməşğulluğun ölkə üzrə hərtərəfli və genişmiqyaslı tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Beynəlxalq Əmək Təşkilatı ilə birgə dünya təcrübəsinin öyrənilməsi məqsədilə sahəsində bir sıra maraqlı layihələr həyata keçirmişdir. Onu da qeyd etməyi vacib sayıram ki, əvvəlki illərdən fərqli olaraq məşğulluq xidmətinin fəaliyyəti köklü dəyişdirilmiş, burada yeni faydalı əsas istiqamətlər müəyyənləşdirilmişdir. İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsi 89 milyon manatdan bir az çoxdur. Fondun mədaxil hissəsi büdcədən maliyyələşən təşkilatlar hesabına bu məbləğin 17 milyon 726 min manatını təşkil edəcəkdir. Bu vəsait artıq dövlət büdcəsində nəzərdə tutulmuşdur. Digər bir rəqəm başqa sığorta edənlərin hesabına formalaşır ki, bu da təxminən 53 milyon manat təşkil edir. Qəbul etidyimiz qanuna əsasən bu fonda işəgötürənlər və işçilər hər biri əmək haqqı fondunun  0,5%-i məbləğində ümumilikdə 1% vəsait köçürəcəklər. Fondun baş məqsədi, aktiv məşğulluğun təmin olunmasıdır. Bütövlükdə fondun fəaliyyətinin fəlsəfəsi ondan ibarətdir ki, gələcəkdə yardım sistemindən, ələbaxımlıqdan, şəxsiyyətin deqradasiyasından məşğulluğun bu və ya digər formasina keçməkdir. Belə ki, bu  büdcənin xərclərinin 35,8 milyon manatı bilavasitə özünüməşğulluq tədbirlərinin təşkilinə yönələcəkdir. Peşə hazırlğı, peşə yönümünün dəyişməsinə 1,6 milyon, haqqı ödənilən  ictimai işlərin təşkilinə isə 1,8 milyon manat vəsait ayrılacaq»- deyə, komitə sədri vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv