YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: İslahatlar bundan sonra da davam edəcək

«Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı artıq 8 ildir ki, həyata keçirilməkdədir. Bu günə qədər proqram çərçivəsində 2 min 902 nəfər xaricdə təhsil almaq hüququ almaq qazanıb. Proqram çərçivəsində 500-ə yaxın gənc bu tədris ili üçün seçim prosesində seçilib. Seçim prosesi tam yekunlaşmadığıl üçün bu rəqəm bir az da arta bilər». Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, ötən ilin seçim prosesindən sonra aparılan təhlillər, həmçinin, tələblərin təkliflərini nəzərə alaraq dövlət proqramının təkmilləşdirilməsi istiqmaətində müəyyən islahtlar həyata keçirilib. Onnu sözlərinə görə, Dövlət Proqramının islahatları bundan sonra da davam edəcək və gənclərin fikiləri, təklifləri öyrəniləcək.

«Bu poqram çərçivəsində artıq 714 nəfər məzun olub. Bu məzunların bir çoxu ölkədə müxtəlif dövlət və özəl qurumlarda öz ixtisasları üzrə çalışır, digərləri təhsillərini növbəti illərdə davam etdirirlər. Ümid edirik ki, tələbələr Dövlət Proqramının mahiyyətini yalnız xaricdə təhsillə məhdudlaşmadığını, xarici ölkələrdə əldə etdikləri bilik və bacarıqları ölkənin prioritet sahələrində tətbiq edəcəklər. Xaricdə təhsil alan gənclərin məzun olduqdan sonra vətənə qayıtması vacibdir. Məzunların işlər təmin olunması istiqamətində artıq müəyyən imkanlar yaradılıb. Hazırda Təhsil Nazirliyində bu prosesin sistemli və daha səmərəli keçirilməsi istiqmaətində işlər görülür»- deyə, nazir vurğulayıb.