YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsəndə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib

Noyabrın 21-də Azərbaycanın ictimai-siyasi həyatında xüsusi çəkiyə malik, möhtəşəm uğurlarımızda müqayisəsiz və əvəzsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 25 ili tamam oldu. Partiyanın 25 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlər keçirildi.

YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar daha möhtəşəm tədbir olan “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib. Qeyd edək ki, kampaniyanın ilk günündə yüzlərlə YAP-çının iştirakı ilə təxminən 10 min ağac əkilib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən “Hərəyə bir ağac əkək” kampaniyası Azərbaycanın hər bir bölgəsini əhatə etməklə, bütün yaşıllaşdırma mövsümü ərzində, yəni gələn ilin aprel ayına qədər  davam edəcək. 700 mindən artıq ağac və bəzək bitkisinin əkilməsini nəzərdə tutan bu möhtəşəm kampaniyanın əsas vəzifəsi ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni zamanda insanların səfərbər edilməsi və həmrəyliyinin yüksəldilməsi anlamına töhfə vermiş olacaq.

Bu kampaniya çərçivəsində növbəti möhtəşəm tədbir noyabrın 23-də Daşkəsən rayonunda həyata keçirilib. Həyata keçirilən yaşıllaşdırma kampaniyasında YAP Daşkəsən rayon təşkilatının  idarə heyəti və şurasının üzvləri, Qadınlar Şurasının və Gənclər Birliyinin üzvləri, elecə də partiyanın çağırışına qoşulan idarə və müəssisələrin əməldaşları  yaxından iştirak ediblər.

Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev və rayonun digər məsul vəzifəli şəxslərinin də yaxından iştirak etdiyi yaşıllaşdırma kampaniyası çərçivəsində Daşkəsən şəhərinin küçə və parklarında 500 -dən artıq  ağac və bəzək bitkisi əkilmişdir.

 Aksiya ilə bağlı rayon təşkilatının sədri Meydanəli Yolçuyev bildirib ki, bu tədbir gələn ilin may ayına qədər davam edəcək və kampaniya çərçivəsində bir neçə min ağac və bəzək bitkisi əkiləcəkdir.