YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məmməd Musayev: Qeyri-neft sektorunun inkişaf etdirilməsində sahibkarların rolu ən önəmli məsələlərdən biridir

«Son illərdə uğurla həyata keçirilmiş dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan verib». Bu fikri Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

M.Musayev bildirib ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər regionlarında qeyri-neft sahələrinin, xüsusilə kənd təsərrüfatının sabit inkişafına zəmin yaratmış, ölkədə yeni iş yerləri açılıb. Onun sözlərinə görə,  Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinə uyğun surətdə biznes mühitinin əlverişliyinin artırılması ilə bağlı geniş tədbirlər planı hazırlanmış, biznes mühitin təkmilləşdirilməsi, təşviq və imtiyaz mexanizmlərinin tətbiqi, sosial rifahın yaxşılaşdırılması, maliyyə-bank sisteminin sağlamlaşdırılması ilə bağlı onlarla islahat həyata keçirilib. Qeyd edilən rəsmi sənədlərin hər birinin hazırlanması zamanı regionlarda sahibkarların fikirləri, təklifləri öyrənilib.

«Qeyri-neft sektorunun inkişaf etdirilməsində sahibkarlarığın, xüsusilə kiçik və orta sahibkarların rolunun artırılması ölkə rəhbərliyinin ən çox önəm verdiyi məsələlərdən biridir. Ölkədə fermerlər üçün bir sıra güzəştlərin müəyyən edilməsi, onların torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad edilməsi, onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, ayrı-ayrı sahələr üzrə dövlət tərəfindən subsidiyaların ayrılması kənd təsərrüfatının inkişafına və səmərəliliyinin artırılması və s. kimi məsələlərin özəl sektorun inkişafına, bununla yanaşı regionların inkişafına təkan verməkdədir»- deyə, M.Musayev qeyd edib.