YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ məsələsi bizim də problemimizdir

Prezident Rəcəb Tayyib Ərdoğan Suriya məsələsi ilə bağlı Soçi şəhərinə edəcəyi səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ problemini də müzakirə edəcəyini bildirib.

Bu məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandıran Prezident Rəcəb Tayyib Ərdoğan bundan əvvəlki görüşdə də Putinlə Dağlıq Qarabağ məsələsi ətrafında müzakirələr apardığını deyib. Türkiyənin dövlət başçısı vurğulayıb ki, Putin bu məsələdə əlindən gələni əsirgəməyəcəyini bildirib. “Bu məsələ ilə bağlı qarşıdakı görüşə də müzakirələrimiz olacaq, çünki Dağlıq Qarabağ məsələsi bizim də problemimizdir”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.