YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda qeydiyyatdan keçmiş domenlərin sayı 22 min 760-a çatıb

Milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 22 min 760-a çatıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  bildirilib ki, bu ilin əvvəlindən 5607 domen qeydiyyatdan keçirilib, 3678-i isə ləğv edilib. Qeydə alınan milli domen adlarının xalis artımı 1929-a bərabər olub.

Qeyd edək ki, son üç ildə .az domen zonasında artım müşahidə olunur. Azərbaycanda ötən il 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30 faiz artıb. Bu il isə domen sayının 40 faiz artımı proqnozlaşdırılır.