YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı gördüyü işlər təqdirəlayiqdir

Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı gördüyü işlər təqdirəlayiqdir.

Bu fikir noyabrın 19-da Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQPUDK) sədri Hicran Hüseynovanın UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan ilə görüşündə səsləndirilib.

Görüşdə Əli Əhmədov Azərbaycanda həyata keçirilən dövlət uşaq siyasəti barədə məlumat verib.

O deyib ki, dövlətimizin uşaqlara diqqət və qayğısı hər zaman prioritet məsələlərdən biridir. Uşaqların hüquqlarının qorunması istiqamətində bütün imkanlar yaradılıb. Baş nazirin müavini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gördüyü işlərin təqdirəlayiq olduğunu vurğulayıb. O əlavə edib ki, komitə uşaqların müdafiəsi ilə bağlı xeyli işlər görüb.

UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilən layihələri dəstəklədiyini deyib. O qeyd edib ki, bu cür layihələrin həyata keçirilməsi çox əhəmiyyətlidir. Ümumiyyətlə, Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi üçün atdığı addımlar təqdirəlayiqdir.