YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Mingəçevirdə YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə YAP Mincəçevir şəhər təşkilatı və Mingəçevir şəhər İcra Hakimiyyəti birgə tədbir keçirib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək, Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. 

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən keçirilən tədbirdə YAP-ın 25 illik fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Daha sonra tədbirdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov əlamətdar hadisə münasibətilə partiyanın üzvlərini təbrik edib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaradılmasının tarixi hadisə olduğunu deyən C.Yusubov bildirib ki, bu hadisə Azərbaycan üçün dönüş noqtəsi oldu. Onun sözlərinə görə, qısa müddət ərzində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrildi: “Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçib. Bu gün sıralarımızda 700 minə yaxın üzv vardır. Hazırda Yeni Azərbaycan Partiyası cəmiyyətin avanqard siyasi təşkilatı, beynəlxalq aləmdə böyük nüfuza malik olan bir qüvvədir. Partiya öz Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin etimadını doğruldur və ölkə qarşısında duran problemlərin həllində yaxından iştirak edir. Məhz bu səbəbdəndir ki, bu gün yüz minlərlə insan taleyini partiya ilə bağlayır”. 
Sonra Mincəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  çıxış edərək bildirib ki, YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Onun sözlərinə görə, partiyamızın qurucusu, Ulu öndər Heydər Əliyev Öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub. Bu izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası bizim qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur. Biz əminik ki, bütün mingəçevirlilər bu vəzifələrin öhdəsindən layiqincə gələcəklər”.

Daha sonra YAP Mingəçevir şəhər təşkilatının Qadınlar Şurasının sədri Nurcamal Əsgərova, YAP şəhər təşkilatının İdarə Heyətinin üzvü Ramiz Kərimov və YAP şəhər təşkilatının Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev çıxış ediblər.

Sonda YAP sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiya vəsiqələri təqdim edilib.