YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Məmmədov: Regionların tarazlı və davamlı inkişafı sahəsində mühüm addımlar atılır

«İqtisadiyyatın şaxələndirilməsi qeyri-neft seçktorunun inkişafında mühüm rol oynayır». Bu fikri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, hazırda qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində vacib tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, regionların tarazlı və davamlı inkişafı sahəsində də mühüm addımlar atılır.

«Biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafı uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə yeni texnologiyalara əsaslanan müəssisələr yaradılır, yeni iş yerləri açılır, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün sistemli tədbirlər həyata keçirilir. Bütün bunlar ümumi inkişafa böyük töhfələr verir»- deyə, nazir müavini vurğulayıb.