YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Ermənistan suverenliyini itirib və vassal dövlətə çevrilib

«İyul ayının sonu avqust ayının əvvəlində Ermənistanın cəbhə xəttində atəşkəs rejimini kobud şəkildə pozması, Azərbaycan ordusunun güclü əks zərbəsi ilə müşayiət olundu. Bundan sonra Ermənistan prezidenti Serj Sarkisyan anladı ki, hadisələrin bu şəkildə cərəyan etməsi onun kürsüsünü laxladacaq. Ona görə də onun son bəyanatları və atdığı addımları daxili auditoriyanı sakitləşdirməyə hesablanıb».  Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Sarkisyan atdığı addımlarla uğursuz siyasətini izlətməyə çalışır. Onun sözlərinə görə, işğalçı Ermənistan günü-gündən zəifləyir.

«Faktiki olaraq Ermənistan suverenliyini itirib və vassal dövlətə çevrilib. Ona görə də Ermənistan rəhbərliyini dünyadakı erməni lobbisi və diasporası daha çox tənqid edir. Onlar arzulayırlar ki, Serj Sarkisyan tezliklə hakimiyyətdən getsin. Erməni lobbisi  Serj Sarkisyanın Ermənistanı uçuruma aparacağını düşünür.  Belə vəziyyətdə Sarkisyan rejimi müxtəlif versiyalar üzərində baş sındırır, müxtəlif yollara əl atmaqla aldadıcı görüntü yaratmağa çalışır»- deyə, politoloq qeyd edib.