YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Ağstafada Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci il dönümünə həsr edilmiş toplantı keçirildi

Bu gün Ağstafa şəhərində Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci il dönümünə həsr edilmiş ümumrayon tədbiri keçirildi.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin adını daşıdığı parkda onun abidəsi önünə gül dəstələri qoydular.

Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq qeyd etdi ki, bu gün biz Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyini qeyd edirik. Bu kürsüdən partiyamızın bütün üzvlərini bu gözəl bayram münasibətilə ürəkdən təbrik edirəm, partiyanın hər bir üzvünə can sağlığı, yeni uğurlar arzulayıram.

Sonra YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov çıxış edərək vurğuladı ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan  edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rahbərlik etmək xahiş olunurdu.

Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Bələliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

Sonra tədbirdə Ağstafa şəhər Musiqi Mərkəzinin hazırladığı konsert proqramı təqdim edildi.

Sonda bir qrup partiya fəallarına və veteranlarına qiymətli hədiyyələr və fəxri fərmanlar verildi. 

DİGƏR Partiya xəbərləri Arxiv