YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Binəqədi rayon təşkilatında partiyanın yaranmasının 25 illiyinə həsr olunmuş “Dünənin karvanı sabaha doğru” adlı tədbir keçirildi

Yeni Azərbaycan Partiyası Qadınlar Şurası ilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə “Dünənin karvanı sabaha doğru” adlı tədbir keçirildi.

Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildirdilər.

Tədbirdə öncə Yeni Azərbaycan Partiyasının tarixinə, ümummilli lider Heydər Əliyevin, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Daha sonra tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov qonaqları salamlayaraq, partiyanın Qadınlar Şurası ilə birgə belə bir mötəbər tədbirin Binəqədi rayonunda keçirilməsindən məmnun olduğunu bildirdi. Sədr Yeni Azərbaycan Partiyasının tariximizin ağır günlərində yarandığını və sonradan bu partiyanın dövlətimizin çiçəklənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstədiyini bildirdi.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva partiyanın keçdiyi ağır və şərəfli tarixi yola nəzər saldı. Partiyanın təsis edildiyi illərdə ölkəmizin ciddi problemlərlə üz-üzə qaldığını, xalqımızın çox çətin günlər yaşadığını vurğuladı. Lakin partiyanın yaranması və dahi şəxsiyyət Heydər Əliyevin xalqın inam və etimadının sayəsində prezident seçilməsindən sonra dövlətimizin qüdrətlənməyə və inkişaf etməyə başladığını diqqətə çatdırdı.

Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi sistemindəki əhəmiyyətli yerindən və rolundan bəhs etdi. Bildirdi ki, bu partiyanın yaranması və uğurlu siyasi fəaliyyəti ilə Azərbaycan düşdüyü çətin vəziyyətdən xilas oldu. Partiyanın yaranarkən müxalifətdə olmasına baxmayaraq qısa müddət ərzində iqtidara gəlməsi Azərbaycan xalqının ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevə olan böyük inam və etibarından qaynaqlanırdı. Xalqımız düşdüyü ağır vəziyyətdən onu xilas edə biləcək yeganə şəxsiyyətin Heydər Əliyev olduğunu anlayırdı. Məhz bu səbəbdən də xalq dahi şəxsiyyətə üz tutdu. Beləliklə, xalqımızın ziyalı oğul və qızlarının təşəbbüsü və xahişi ilə Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev bu partiyaya sədrlik etməyə başladı, daha sonra isə xalq səsverməsinin nəticəsi olaraq prezident seçildi. Bahar Muradova ölkəmizin qazandığı çoxsaylı uğurlardan danışaraq bütün bunların həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu söylədi. Bütün xalqımızı, qadınları Heydər Əliyev ideologiyası ətrafında sıx birləşməyə çağırdı.

Tədbirdə həmçinin çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Qadınlar Şurasının sədri Hicran Xəlilova ölkəmizdə həyata keçirilən uğurlu qadın siyasətindən və qadınların cəmiyyətdə, ictimai-siyasi həyatda aktiv fəaliyyətindən söhbət açdılar.

Tədbir rəsmi hissə bitdikdən sonra bədii hissə ilə davam etdirildi.