YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransı keçirildi

Noyabrın 10-da Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransı keçirildi.

Konfransda 65 ərazi ilk partiya təşkilatından nümayəndə seçilmiş 287 nəfərdən 279 nəfər, 31 nəfər dəvət olunan iştirak etdi.

 Konfransda YAP Siyasi Şurasının üzvü, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və Milli Məclisin deputatı Bəxtiyar Sadıqov iştirak ediblər.

Konfransda hesabat məruzəsi ilə YAP Ağdam rayon təşkilatının sədr vəzifəsini icra edən Zülfü Qasımov çıxış etdi və ötən konfransdan keçən dövr ərzində rayon təşkilatınının fəaliyyəti barədə konfrans iştirakçılarına məlumat verdi.

YAP  rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri Mehdi Məmmədov qrupun hesabat dövründəki fəaliyyəti barədə məruzə etdi.

Sədrin hesabat məruzəsi ətrafında rayon təşkilatının Qadınlar Şurasının sədri Mətanət Misirxanova, rayon təşkilatının  Gənclər Birliyinin sədri Azər Əliyev və Hüseyn Bayramov çıxış etdilər.

YAP Siyasi Şurasının üzvü, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov və Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov konfransda çıxış etdilər.

Əliyev Allahverən İdris oğlu Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının  sədri seçildi.

Konfransda 33 nəfər tərkibdə şura,  17 nəfərdən ibarət  idarə heyəti və 5 nəfərlik nəzarət-təftiş qrupu seçildi.

Əliyev Baxşeyiş Əliş oğlu və Əliyeva Xəyalə İsrayil qızı YAP Ağdam rayon təşkilatının sədr müavinləri seçildilər.

 

 

DİGƏR Partiya xəbərləri Arxiv