YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələri energetika nazirlərinin qeyri-rəsmi dialoq görüşü keçiriləcək

Sentyabrın 8-də Azərbaycan Respublikasının Energetika Nazirliyində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinin energetika nazirlərinin dördüncü qeyri-rəsmi dialoq görüşü keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Azərbaycanın energetika naziri Natiq Əliyev, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, Gürcüstanın energetika naziri Kaxa Kaladze, Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Prodan, Moldova Respublikasının iqtisadiyyat naziri Adrian Kandu, Belarusun energetika nazirinin müavini Vadim Zakreviski və digər rəsmi şəxslər iştirak edəcəklər.

Görüşdə “Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələrində enerji təchizatı marşrutlarının diversifikasiyası və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr aparılacaq.

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələri energetika nazirlərinin bundan əvvəlki qeyri-rəsmi dialoq görüşləri 2012-ci ildə Moldovanın paytaxtı Kişineuda, 2013-cü ildə isə Gürcüstanın paytaxtı Tbilisidə keçirilib.