YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Şahmat Federasiyasına 1 milyon manat ayrılıb

Prezident İlham Əliyev Azərbaycan şahmatçılarının Avropa komanda çempionatında qalib olması haqqında Sərəncam imzalayıb.

Sərəncamda Azərbaycanın kişi şahmatçılardan ibarət yığmasının Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə Avropa komanda çempionatında ölkəni layiqincə təmsil edərək qələbə qazandığı qeyd edilir.

Sərəncama əsasən, komandamızın üçqat Avropa çempionu olması və Azərbaycan şahmatının inkişafındakı xidmətləri nəzərə alınaraq Azərbaycan Şahmat Federasiyasına 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 1 milyon manat ayrılıb.