YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Həsənova: Gələn il ümumi daxili məhsulun 1,5 faiz, növbəti illərdə isə 3,5 faiz artacağı proqnozlaşdırılır

«Gələn il ümumi daxili məhsulun 1,5 faiz, növbəti illərdə isə 3,5 faiz artacağı proqnozlaşdırılır». Bu fikri iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

S.Həsənova bildirib ki, 2018-ci ildə tədiyyə balansı üzrə müsbət saldonun 1,4 milyard dollar olacağını gözlənilir. Onun sözlərinə görə, gələn il qeyri-neft sektorunda 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı artım proqnozlaşdırılır.

«Gələn il hasilatın azalması nəticəsində neft sektorunun 1 faiz azalacağı, “Şahdəniz-2” layihəsinin işə düşməsi ilə isə qaz hasilatının artması gözlənilir. Növbəti illərdə orta hesabla neft-qaz sektorunun 5 faizə yaxın artacağı proqnozlaşdırılır. “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni müqavilənin imzalanması ölkə iqtisadiyyatının inkişafına təkan verəcək»- deyə, nazir müavini vurğulayıb.