YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Bərdə rayon təşkilatı partiyanın yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə YAP Bərdə rayon təşkilatında tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə tər gül-çiçək dəstələri düzüblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol və qazandığı uğurlar haqqında geniş məruzə ilə çıxış edib. F.Şadlinskaya bildirib ki, Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqın ən böyük siyasi istinadgah yeridir.

Tədbirdə həmçinin, YAP fəallarından Ədibə Əhmədova, Qulam Eyvazov, Səbuhi Qasımov, Tofiqə Məmmədova və “Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan tarixinin bələdçisidir” adlı inşa -yazı müsabiqəsinin qalibi, şəhər 3 saylı tam orta məktəbin şagirdi Ayşən Camalzadə çıxış edərək Yeni Azərbaycan Partiyasınıın Sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticələrindən, YAP-ın genişmiqyaslı fəaliyyətindən danışıblar.

Sonra  YAP Bərdə rayon təşkilatı tərəfindən bir qrup partiya fəalına Fəxri fərman və partiya sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim edilib. Eyni zamanda YAP-ın yaradılmasının 25-ci ildönümü münasibətilə YAP üzvləri və məktəblilər arasında keçirilmiş “Breyn-rinq” intellektual bilik, mini-futbol, 100 metr məsafəyə qaçış üzrə yarışların və inşa yazı müsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edilib.

Tədbirin sonunda Bərdə şəhəri 2 saylı Uşaq Musiqi və 3 saylı tam orta məktəblərinin şagirdləri Yeni Azərbaycan Partiyasının yaranmasının 25-cü ildönümü ilə bağlı kompozisiya nümayiş etdiriblər.

 

 

DİGƏR Partiya xəbərləri Arxiv